Azərbaycanın Əməkdar artisti Sankt-Peterburq caz festivalında iştirak edəcək

Rate this item
(0 votes)

 

Azərbaycanın Əməkdar artisti Həsən Bağırov Sankt-Peterburqda keçiriləcək “Gitara forumu”nun aparıcılarından biri olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Rusiya mediasına istinadən xəbər verir ki, forum XXII Sankt-Peterburq Yeni il Caz Festivalı çərçivəsində ilk dəfə təşkil olunacaq. Bu barədə jurnalistlərə festivalın musiqi direktoru David Qoloşenko məlumat verib.

Xatırladaq ki, Həsən Bağırov Sankt-Peterburq kapellası nəzdində Xor kollecinin və M.Musorqski adına Musiqi Kollecinin caz gitara ixtisası üzrə məzunu, Sankt-Peterburq Caz Filarmoniyasının solistidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)