Bu gün Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsidir

Rate this item
(0 votes)

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir, bunu mübaliğəsiz deyə bilərik. 

 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, həmçinin Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb, eləcə də bir neçə filmə çəkilib. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)