Tarkandan gələn bu xəbər izləyicilərini üzdü

Rate this item
(0 votes)

Koronavirus epidemiyasından ən çox zərər çəkmiş sektorların başında musiqi sektoru dayanır. Konsert meydançalarında musiqi həvəskarlarının çatışmaması ilə yanaşı, müğənnilər də risk etməyərək izləyicilərlə  görüşməyə can atmırlar.
Sentyabr ayında hər il böyük konsert proqramıyla çıxış edən Türkiyənin meqa ulduzu Tarkandan izləyicilərinə kədərli bir xəbər gəldi. Bu il meqastarın klassikasına çevrilmiş açıq havada konsertlər keçirilməyəcəkdir. “Ədəbiyyat və incəsənət” Hürriyet” qəzetinə istinadən bildirir ki, Tarkan özünü riskə atmayacağını bəyan edib.
Ünlü sənətçi öz İnstagram səhifəsində belə bir paylaşım da edib: “Mən belə uzun müddətə səhnədən ayrılmamışdım heç vaxt. Sizin sevginiz, diqqətiniz, alqışlarınız, gözəl enerjiniz olmadan, - hansılar ki, mənim qəlbimin dərmanıdır, - mənimçün çox çətindir”.