Həmyerlimiz Muskatın Kral Operası səhnəsində solo çıxış edib Featured

Rate this item
(0 votes)

 

Oman Krallığından gözəl bir xəbər almışıq. İstedadlı musiqiçi, həmyerlimiz Vüsalə Yusif "Roberto Bolle və dostları" Balet kollektivi ilə birlikdə Royal Opera House Muscat teatr salonunun böyük səhnəsində solo pianoçu kimi çıxış edib.

Vüsalə Yusif təəssüratlarını portalımızla bu cür bölüşüb:

“İllərdir xəyal etdiklərim gerçəkləşdi. "Roberto Bolle və dostları” Balet kollektivi ilə birlikdə Muskat Kral Opera Teatrının böyük səhnəsində solo pianoçu kimi çıxış etdim. Çox maraqlı və unudulmaz 2 gün keçirdim. Qürur duydum”.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)