Bu gün Filarmoniyada I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert keçiriləcək

Rate this item
(0 votes)

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliyanın müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Braziliya səfirliyinin təşkil etdiyi konsertdə Azərbaycan Dövlət Simli Kvarteti və Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.

Qeyd edək ki, son bir neçə ildə Braziliya Xarici İşlər Nazirliyinin Gimaraes İnstitutunun, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Braziliyanın Bakıdakı səfirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında yaranan uğurlu əməkdaşlıq davam etməkdədir. Festival çərçivəsində konsertlərin ilin sonunadək davam edəcəyi bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)