İstanbulda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub Featured

Rate this item
(0 votes)

 

İstanbulda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsert İstanbulun ən gözəl məkanlarından biri olan Cemal Reşit Rey salonunda təşkil edilib. Möhtəşəm keçən konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Cemal Reşit Rey simfonik orkestri çıxış edib. Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyə Hüseynova, Opera və Balet Teatrının solisti Atəş Qaranın ifaları dinlənilib. Fikrət Əmirovun “Kür Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariaları, “Azərbaycan elləri” mahnısı və digər əsərlər səsləndirilib.

Böyük maraqla qarşılanan konserti həmvətənlərimizlə yanaşı, yerli sakinlər və dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar da izləyiblər.