Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Xalq artisti Cavanşir Cəfərov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadə), Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Cavan Zeynallı, Brilyant Dadaşova, Əməkdar artistlər və digər solistlərin iştirakı ilə bəstəkarın bir-birindən maraqlı musiqi nömrələri izləyicilərə təqdim olunub.

Sonda çıxış edən yubilyar, gecənin təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

Konsertdə dövlət rəsmiləri, qonaqlar iştirak ediblər.

 

Daha ətraflı növbəti buraxılışlarda.