Qazax yurtasında “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan mədəniyyətini nümayiş etdirmək üçün dost ölkənin musiqiçiləri Azərbaycana gəliblər. Bununla əlaqədar Milli Parkda - Bakı Dəniz Vağzalının yaxınlığında yurta quraşdırılıb.

Yurtada çıxış edən növbəti musiqi kollektivi Süyunbay adına Almatı Vilayət Filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblı olub.

Yurtanın önündə “Kobız sarını” folklor-etnoqrafik ansamblı Qazaxıstan milli musiqisindən nümunələr səsləndirib.

Yurtanın təqdimatı çərçivəsində Bakı sakinlərinə qazaxların adət-ənənələri, tarixi abidələri, musiqisi və turistik məkanları barədə məlumat verilib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək aksiya çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq.