“Antalya Fashion Week Digital 2021” defilesində Azərbaycana aid “Böyük Qayıdış” adlı kolleksiya təqdim edilib

Rate this item
(0 votes)

Türkiyənin Antalya bölgəsində - açıq səma altında  baş tutan “Antalya Fashion Week Digital 2021” moda defilesində Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.
Kolleksiyanın özəllikləri ondadır ki, tarixi zəfər noyabrda - 11-ci ayda  qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü özündə əks etdirir.
Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır.
Əl ilə işlənmiş saç sancaqları isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.
Bu moda yeniliyini həm tarixi anlamına, həm də tərtibat gözəlliyinə görə tamaşaçılar coşqu ilə qarşılayıblar.