Bu gün Bakıda “Xəzərin sahilində” adlı rok festivalı təşkil olunacaq

Rate this item
(0 votes)

 

Bu gün- iyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı rok festivalı keçiriləcək.

 

Festival Sumqayıtda yaranmış əfsanəvi “Yuxu” rok qrupunun məşhur mahnısının şərəfinə bu cür ad alıb.

Festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər. 

Konsert zamanı bir-birindən maraqlı musiqi nömrələri səsləndiriləcək.