Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Rate this item
(0 votes)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Moskvada keçirilən "CA MAESTOSO" IV Beynəlxalq Onlayn Musiqi Müsabiqəsində uğurla iştirak edib.

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, məktəbin fortepiano ixtisası üzrə I sinif şagirdi Müzəffər Əliyev öz yaş kateqoriyası üzrə yeganə qalib olaraq II yerə layiq görülüb və laureat adını qazanıb.

Münsiflər heyəti şagirdin müəllimi Gülnar Mirzəyevanın peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib və onu sertifikatla təltif edib.

Qeyd edək ki, müsabiqə Türkiyənin “CASPİART SANAT VE SANATSAL EĞİTİM HİZMETLERİ TİC.LTD.” şirkəti ilə Rusiyanın “Boris Tarakanov Not Arxivi” Ümumrusiya mediatekasının birgə təşkilatçılığı ilə keçirilib.