Filarmoniyada ilin ilk konserti bəstəkar Azər Dadaşovun 75 illiyinə həsr olunacaq

Rate this item
(0 votes)

Yanvarın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət edəcəyi konsertdə solistlər – Nərgiz Kəngərli (piano), Nuranə Zeynalova (piano), İsmayıl Yunusov (bariton) çıxış edəcəklər.

Konsert çərçivəsində Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da gözlənilir.