SEKSENDÖRT mayın 8-i Bakıya gəlir!

Rate this item
(0 votes)

SEKSENDÖRT:  8 MAY 2024, BAKI İDMAN SARAYI KONSERTİ

 

“Ölürüm Hasretinle, Anlayamazsın, Kendime Yalan Söyledim” kimi mahnıları ilə musiqi dünyasına damğa vuran Türkiyənin məşhur SEKSENDÖRT qrupu Event Office-in təşkilatçılığı ilə ilk dəfə Bakıda sevənləri ilə görüşür.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Event Office-dən məlumat verilib.

8 May 2024-cü il tarixində Bakı İdman Sarayında baş tutacaq konsertdə Ankara ünvanlı məşhur pop-rok qrupu öz hitlərini və yeni mahnılarını səsləndirəcək.

Növbəti günlərdə Event Office-nin təşkilatçılığı ilə daha 4 möhtəşəm konsert keçiriləcək: SEMİCENK, GÖKHAN ÖZEN, CEM ADRIAN və ATHENA bakılı musiqisevərlərə xoş anlar bəxş edəcəklər.

İstəkli musiqi həvəskarları, bu möhtəşəm konsertləri əsla qaçırtmayın!

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)