Adel, Ed Şiran və reper Deyv BRİT Awards mükafatları uğrunda ən çox nominasiya qazanıblar Featured

Rate this item
(0 votes)

 

LONDON. Müğənni Adel, Ed Şiran, reper Deyv (tam adı Devid Orobosa Omoreqadır) və Little Simz (əsl adı - Simbiata Abiola Acikavo) Britaniyanın ən nüfuzlu musiqi mükafatına - BRİT Awards-a dörd nominasiyada namizəd göstəriliblər. Nominantların elan edilməsi mərasimi Londonun ITV telekanalı ilə canlı yayınlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.

 

Sözügedən artistlər ifaçı Sem Fenderlə "İlin musiqiçisi" kateqoriyasında mübarizə aparacaqlar. Bu nominasiyada mükafat ilk dəfə veriləcək. Noyabr ayında mükafatın təsisçiləri bildiriblər ki, bu "genderə uyğun neytral "nominasiya "Ən yaxşı kişi ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyalarını əvəz edəcək. Xatırladaq ki, son dəfə bu mükafatlar xanımlardan Dua Lipə və cənablardan J Hus-a qismət olmuşdu.

 

"İlin Qrupu" nominasiyasında "Coldplay" rok-kollektivi, "D-Block Europe" rep dueti, "Little Mix" pop triosu, "London Grammar" qrupu və "Wolf Alice"  rokerləri mübarizə aparacaqlar. "Ən yaxşı yeni artist" nominasiyasında reper Central Cee (Okli Sizar-Su), eləcə də ifaçılar Griff (Sara Feyt Qriffits), Coy Kruks, Self Esteem (Rebekka Lyusi Teylor) və Little Simz qalib gəlmək iddiasındadırlar.

 

"İlin xarici musiqiçisi" kateqoriyasında mükafata amerikalı artistlər - peper Lil Nas X (Montero Lamar Hill) və müğənnilər Billi Ayliş, Doja Cat (Amala Damini), Oliviya Rodrigo və Teylor Svift namizəddirlər. Öz növbəsində "İlin xarici qrupu" nominasiyasında son 40 il ərzində ilk dəfə "Voyage" adlı yeni albom buraxmış əfsanəvi ABBA İsveç qrupunun adı var. May ayında "Avroviziya" müsabiqəsində qələbədən sonra şöhrət qazanmış İtaliya qrupu Maneskin, Cənubi Koreyanın BTS pop kollektivi, Amerika rok qrupu "The War on Drugs" və "R&B" janrında çıxış edən amerikalı Silk Sonic dueti də bu nominasiyada mükafata iddialıdır.

 

13 nominasiyada mükafatların təqdim edilməsi mərasimi 8 fevral 2022-ci ildə Londonun O2 Arena stadionunda keçiriləcək.  

 

Qeyd edək ki, BRİT Awards mükafatları 1977-ci ildə Böyük Britaniyanın Səsyazma Sənayesi Assosiasiyası tərəfindən təsis edilib. Bu mükafat Amerikanın məşhur Grammy mükafatının ingilis analoqu sayılır. Keçmişdə BRİT Awards mükafatları laureatları The Beatles və Oasis qrupları, Robby Uilyams, Elton Con və bir çox digər məşhur ifaçılar olmuşlar.