Belarusun Böyük Teatrında Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə konsert keçirilib

Rate this item
(0 votes)

Belarusun Böyük Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə konsert keçirilib.
AzərTAC xəbər verir ki, Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar artisti, tanınmış opera müğənnisi Yekaterina Semençuk və Mariinski Teatrının solisti Məhərrəm Hüseynovun solistliliyi ilə baş tutan konsertdə azərbaycanlı dirijorun rəhbərliyi dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb. Təşkilatçılar konsertin azərbaycanlı dirijorun rəhbərliyi ilə baş tutmasından fəxr hissi keçirdiklərini bildiriblər.
“İnanılmaz hisslər idi. Sözlə Yekaterina Semençukun yaradıcılığının və istedadının bütün möhtəşəmliyini və miqyasını çatdırmaq çox çətindir. Möhtəşəm axşam üçün ona və gözəl bas-bariton Məhərrəm Hüseynova təşəkkür edirəm. Həmçinin Belarusun Böyük Teatrının simfonik orkestrinin musiqiçilərinə xüsusi təşəkkür edirəm”, - deyə Əyyub Quliyev konsertdən sonra qeyd edib.
Konsertdə Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev də olub.