"VK Muzıka" mükafatlandırma mərasimində həmyerlilərimiz HammAli & Navai-nin “Quş” mahnısı ilin treki adını qazandı Featured

Rate this item
(0 votes)

Dünən Moskvada “VK Muzıka” servisi 2021-ci musiqi ilinə yekub vuraraq ən müxtəlif nominasiyalarda qalibləri elan etdi.  Reper Morgenştern eyni zamanda bir neçə kateqoriyada qalib gəldi. Əslən özbək olan və adı Əlişir olan reperin milyonlarla rusiyalı musiqisevərin qəlbini riqqətə gətirə bilməsi fenomeni açılmır ki açılmır. Yeri gəlmişkən, əslən azərbaycanlı olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdıqları HammAli & Navai rep dueti də heç Morgenşterndən geri qalmır. Nominasiyalardan birini də həmyerlilərimiz qazandılar. Onların “Quş” mahnısı İlin treki elan olundu.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən 2021-ci ilin “VK Muzıka” qaliblərinin siyahısını təqdim edir:
 
"İlin kişi artisti" - Morgenştern.
"İlin Albomu" - Million Dollar: Business (Morgenştern).
"İlin qadın artisti" - Zivert.
"İlin qrupu" - Artik & Asti.
"İlin xarici artisti" - Maneskin.
"İlin sıçrayışı" - OG Buda.
"İlin treki" - "Quş" (HammAli & Navai).
"İlin repiti" - Baby Mama (Skriptonit, Raida).
"İlin “Sizin fitə ehtiyacınız var”ı - Skriptonit və Morgenştern.
"İlin kuratoru" - "Doğma səs".
"İlin musiqi cəmiyyəti" - "Sakit yer", "Rifm və Pançi", "Tərəflər".
 
“VK Muzıka”nın "İlin “Sizin fitə ehtiyacınız var” nominasiyasının hansı məqsədlə yarandığı da izah olundu. "Skriptonit və Morgenştern ən çox istifadəçilərin siyahılarında adları kəsişən sənətkarlardır. Birgə musiqiləri isə hələ də yoxdur. Biz sosial şəbəkə olaraq onları bu işə təşviq etmək istəyirik".
Bundan əlavə, “VK muzıka” servisi ilin 30 ən populyar mahnısından ibarət bir siyahı da açıqladı.
Qeyd edək ki, "VK Muzıka" V Kontakte sosial şəbəkəsinin bütün musiqi məhsullarını birləşdirir: sosial şəbəkələrin musiqi bölmələri, ümumi məzmun kitabxanası, musiqiçilər və etiketlər üçün məhsullar, ümumi tövsiyələr texnologiyaları və ayrı-ayrı mobil proqramlar.