“Expo 2020 Dubai” sərgi çərçivəsində Milli Caz Konserti təşkil edildi

Rate this item
(0 votes)


Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan pavilyonunda “BUTA JAZZ CONCERT BY SHAHIN NOVRASLI’S” caz konserti təşkil edilib.
Konsertdə ölkəmizi Şahin Növrəslinin rəhbərlik etdiyi qrup təmsil edib.
Tədbirin proqramı etno-caz, muğam-caz və milli-caz janrlarının sintezini əhatə edir.
Konsert tamaşaçılar tərəfindən yüksək maraqla izlənilib.