Bu gün Bakı Musiqi Akademiyasında II Respublika müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Rate this item
(0 votes)

Bu gün - noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” II Respublika müsabiqəsinin təntənəli bağlanışı – qaliblərinin mükafatlandırılması və laureatların konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Bakı Musiqi Akademiyasına istonadən xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.20203)