Bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş silsilə konsertlər təqdim olunacaq

Rate this item
(0 votes)

Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Respublikasının Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində konsertlər keçiriləcək.
Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.
Dekabrın 8-də bəstəkarın fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konserti keçiriləcək. Konsertdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiəti ilə bəstəkarın əsərləri təqdim olunacaq.