Məşhur italiyalı bəstəkar Ludoviko Einaudi Bakıda pərəstişkarları ilə görüşdü

Rate this item
(0 votes)

Dünyaşöhrətli italiyalı bəstəkar Ludoviko  Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşüb. 

Ötən gün keçirilən görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biliblər. 

 

Ludoviko Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.

Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.

Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)