Ramil Qasımov Bülbül vokal məktəbi yaratdı

Rate this item
(0 votes)

Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımovu biz ilk öncə “Koroğlu” opreasında Koroğlu rolunun mükəmməl ifası ilə tanımışıq. Sonra Ramil Qasımov ustər  “Mədəniyyət” TV-yə, istər Heydər Əliyev adına Saraya rəhbərlik edərkən öz işgüzarlığı ilə seçildi. Budur, onun adıma yeni bir ilk. 

 

“Ədəbiyyat və incəsənət” portalı Ramil Qasımova istinadən xəbər verir ki, ölkəmizdə dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” yaradılıb.

Bülbülün Memorial Muzeyi ilə bu birgə layihənin ideya müəllifi Ramil Qasımovdur. 

Ramil Qasımov deyir:

“Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır. Və məktəbi yaratmaq ideyası məndə çoxdan yaranıb və dəfələrlə canlı əfsanəmiz olan Polad Bülbüloğlu ilə bu barədə danışmışam. 

Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Mənim təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”.

Ramil Qasımov, həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.

Nə deyək! Uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)