Üzeyir Hacıbəylinin bəstələri İndoneziya radiolarında səsləndirilib

Rate this item
(0 votes)

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə İndoneziyanın nüfuzlu radiodalğalarında Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.

 

Səfirlikdən AzərTAC-a bildiriblər ki, sentyabrın 18-20-də İndoneziyanın 5 nüfuzlu radiodalğasında (“Voice of İndonesia” “Aditya”, “As shidiq”, “Akom”, “Nagaswara”) dahi bəstəkarın həyat və yaradıcılığı barədə İndoneziya dilində verilişlər yayımlanıb. Verilişlərdə tanınmış bəstəkarın müəllifi olduğu bir çox məşhur əsərləri (“Arazbari”, “Cəngi”, “Sənsiz” və.s) yerli auditoriya üçün səsləndirilib.

 

“Voice of İndonesia” radiosu, eyni zamanda, videoformatda yayımlandığından, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının fraqmentləri Azərbaycanın Xalq artisti Murad Adığözəlzadənin ifasında nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)