Bu gün “Azərkitab”da “Şuşa” mahnısının təqdimatı keçiriləcək

Rate this item
(0 votes)

 

Bu gün saat 16:00-da “Azərkitab” kitab mərkəzində olduqca maraqlı bir təqdimat olacaq. Adətən kitab təqdim edən məkan bu dəfə mahnı təqdim edəcək, amma yenə də qayə ədəbiyyat olacaq. Belə ki, Azərbaycan Yazıçılar İttifaqı sədrinin müavini, şair Rəşad Məcidin sözlərinə sevilən müğənni Xumar Qədimovanın bəstələdiyi “Şuşa” mahnısı təqdim ediləcək. Təqdimatda bir çox tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, millət vəkilləri iştirak edəcəklər.