Moskvada, Tretyakov Qalereyasında görkəmli rəssam Tahir Salahovun sərgisi açılıb

Rate this item
(0 votes)

Rusiya Dövlət Tretyakov Qalereyasında SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.
Bu sərgi görkəmli rəssamın doğum gününə həsr olunub. Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrında çəkilmiş 11 əsəri təqdim olunur. Ekspozisiyanı rəssamın məşhur “Qladioluslar”, eləcə də “Qara Qarayevin portreti” əsərləri açır.
Sərgi 2022-ci il yanvarın 22-dək davam edəcək.