Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb

Rate this item
(0 votes)

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nərmin Nəcəfin “Azad bülbül” adlı sərgisinin açılışı olub.

 

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.

 

Pavilyonda rəssamın 20 rəsm əsəri təqdim olunur. Sərgi sentyabrın 4-dək davam edəcək.

 

Qeyd edək ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Nərmin Nəcəfzadənin əsərləri həmçinin “Rüyalar” (Türkiyə), “Seven springs of Azerbaijan” (Bakı) və “Həyat bayramı” (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)