Bu gün Bakıdakı Rus Evində rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq

Rate this item
(0 votes)

Bu gün Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq.

Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, Alla Şaxmatova Samara Dövlət İncəsənət Muzeyinin direktoru, çoxsaylı sərgi, festival, mədəni və təhsil tədbir və proqramların iştirakçısı və təşkilatçısıdır. Vladimir Amodeo isə əsərləri Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Samara, Lipetsk, Tambov, Yaltada geniş təqdim olunan heykəltəraşdır.

Sərgi saat 19:00-da açılacaq.

Giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)