Elçin Əliyev Bakının memarlığı haqqında mühazirə oxuyub

Rate this item
(0 votes)

Ötən gün tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev “Bakı şəhərinin memarlığı” mövzusunda mühazirə ilə çıxış edib. Tədbir “Nine Senses” incəsənət mərkəzində keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, peşəkar fəaliyyəti illərində Elçin Əliyev beynəlxalq mükafatlara layiq görülmüş 70-dən çox memarlıq və dizayn layihəsini həyata keçirib.

Ümumdünya Memarlıq Konqreslərinin fəal iştirakçısı olan Elçin Əliyevin “Konstruktivizm dövrü. XX əsrin 1920–1930-cu illərinin Bakı memarlığı” kitabı Şərqi Avropa və MDB ölkələri arasında ilin ən yaxşı çap nəşri üzrə XIV Beynəlxalq müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

2016-cı ildə Elçin Əliyev Bakı Memarlıq Klubunun prezidenti seçilib. 2017-ci ildə o, (yazıçı G.A.Rzayeva ilə birlikdə) “Pəncərə – mədəniyyətə baxış” İntellektual Klubunu təsis edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)