Sabah “Plener əsərlər sərgisi” açılır

Rate this item
(0 votes)

Sərgidə 60-a yaxın rəssamın 79 əsəri nümayiş olunacaq

 

 

İyunun 3-də Xətai Sənət Mərkəzində yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə elan olunmuş “Plener əsərlər sərgisi” açılacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş sərgiyə 200-dən çox fırça ustasının təbiət qoynunda yaradılmış 500-ə yaxın (yağlı boya, akril, sulu boya və s. bu kimi vasitələrlə yaradılmış) əsəri təqdim edilib.

 

Təqdim olunan əsərlər arasından 60-a yaxın rəssamın 79 əsəri sərgidə nümayiş olunacaq.

Sərgilənəcək əsərlərlə https://www.yumpu.com/xx/document/read/68036181/plener-2023 linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, əsərlər mayın 30-dək Xətai Sənət Mərkəzinə təqdim olunub. Rəsmləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Həmçinin sərgidə tamaşaçının seçdiyi bir əsərin və münsiflər heyətinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq.

Girişi sərbəst olan sərgi 3 gün davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)