Plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə əsər qəbulu davam edir

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə qeydiyyat davam edir. 

 

Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər, ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidir.

Qeyd olunub ki, əsərlərin texnika və ölçü sərbəst olmalıdır: “İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq. Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində açılacaq”. 

 

«Ədəbiyyat və incəsənət”

(04.05.2023)