Heykəldə insanın ruhunu necə əks etdirmək olar? Featured

Rate this item
(0 votes)

Dahi kinorejissor Rüstəm İbrahimbəyovun vəfatının ildönümündə qəbirüstü abidəsinin açılması diqqətimizi çəkdi. Abidəyə baxınca ilk diqqəti cəlb edən onun sankı canlı olması, adamla danışması idi. 

Bilmirik sual etdinizmi, bu abidənin müəllifi kimdir, amma biz bilgi verməkdə israrlıyıq. 

Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalov öz işini məharətlə görüb, açılış mərasimində də dərhal medianın diqqət mərkəzinə düşüb. 

 

Onun üçün daha əhəmiyyətli əsəri varmı? 

 

-Bütün əsərlərim mənim üçün əhəmiyyətlidir, çünki onların hər biri gələcək mərhələ, yeni təcrübə, növbəti işimə aparan bir yoldur. Bu səbəbdən mən onları ayırmıram, əsərlərimin hamısı mühüm və qiymətlidir. 

 

O harada yaşayır?

 

-Moskvada anadan olub, orada yaşayır və işləyirəm, eyni zamanda, təhsil aldığım və uzun müddət yaşadığım İtaliya ilə də sıx əlaqələrim var. Məhz bu səbəbdən mənim  heykəllərimdə İtaliya mədəni irsinin təsiri hiss edilir. 

 

İtaliya ilə daha nə bağlılığı var görəsən? 

 

-Bu ölkənin şəhərlərindəki küçələrdə mənim yaratdığım Cakomo Puççini və Cüzeppe Verdi kimi görkəmli şəxsiyyətlərin heykəllərini görmək olar. 

 

Bəs Azərbaycan? 

 

-Mən heç vaxt azərbaycanlı köklərimi unutmur və Bakını çox sevirəm. 

 

Nailiyyətlər çoxdurmu?

 

-Moskva Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq elmləri namizədiyəm, 2000-ci ildən Moskva, Ümumrusiya və beynəlxalq sərgilərin daimi iştirakçısıyam. Rusiyada, Azərbaycanda və başqa ölkələrdə fərdi sərgilərim də təşkil olunub. Mənim əsərlərim (“Əlində qazan olan qız”, “Bərbər”) Moskva Müasir İncəsənət Muzeyinin fondunda, həmçinin dünyanın bir çox muzey və özəl kolleksiyalarında təqdim olunur, Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb. 

 

Bakıda bu ilkimi idi?

 

-Bəli, Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi Bakıda ucaldılan birinci monumental əsərimdir. 

 

Bəs bu sifariş sizə necə gəldi? 

 

-Rüstəm İbrahimbəyovun abidəsinin sifarişi onun ailəsindən daxil oldu. Bununla bağlı Fatima İbrahimbəyova - Rüstəm İbrahimbəyovun qızı ilə əlaqə saxladıq və biz birlikdə eskiz üzərində işlədik. Hər ikimiz istəyirdik ki, bu, müasir, hərtərəfli, açıq və perspektivli bir iş olsun. Biz klassika və ya akademizmlə kifayətlənmək istəmirdik. İşə ötən ilin avqustunda başladıq və yaradıcılıq prosesi təxminən 7 ay davam etdi.

 

Bəs bu sözlər necə peyda oldu? 

 

-Deyim, heykəlin üzərində Azərbaycan dilində işlənilən və qəbir plitəsində rus dilində təkrar olunan R.İbrahimbəyovun “Hər bir həyat sonu ölüm olacağı üçün məğlubiyyətdir, lakin onu olduğu kimi qəbul edib həyata gülümsəyə bilmək, bax bu, əsl istedaddır” sözlərini dramaturqun qızı seçib. 

 

Bəs özgə nə kimi planlar var? 

 

-Xarici ölkələrdə həyata keçirəcəyim layihələr gündəmdədir, son 15 il ərzində, qeyd etdiyim kimi,  İtaliya ilə çox sıx əlaqələrim yaranıb. Bununla yanaşı,  əsərlərimə Bayroytda (Almaniya), Raydinqdə (Avstriya) və Moskvada (Rusiya) rast gəlmək olar. İndi isə Bakıda da yaratdığım heykəl ucaldılıb. Nə xoş mənə. 

 

Daha çox qiymət verilən əsəri

 

-Yəqin ki, Florensiyada Dostoyevski və Dantenin heykəllərini çox uğurlu adlandırmaq olar. Ancaq əhəmiyyətinə görə daha sadə olan Verdinin heykəli olmasaydı, yəqin ki, irəlidəki uzun yaradıcılıq yolu da olmazdı. Hər şey əhval-ruhiyyədən, vəziyyətdən, müddətdən asılıdır. Hər bir əsər yaradıcılıq prosesində olan şəraitə uyğundur. Yaradıcı yanaşma nöqteyi-nəzərindən və ümumi obyektiv rəy baxımından onların nə dərəcədə uğurlu olduğunu isə sənətsevərlər müəyyən edirlər.

 

Əsas hədəf nədən ibarətdir?

 

-Hədəflərim maksimal inkişaf, böyük uğurlar, irimiqyaslı layihələr, əsərlərimin geniş coğrafiyaya yayılmasıdır. Həmişə çalışıram ki, inkişaf, təcrübə qazanmaq, yeni mövqe tutmaq, bacarıqlarımı sübut etmək yolu ilə irəliləyim və bu istiqamətdə də davam edirəm.

 

Hazırda nə üzərində işləyir?

 

-Hazırda müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Sankt-Peterburq şəhərində dahi bəstəkarın adını daşıyan xiyabanda ucaldılacaq heykəli üzərində işləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)