“Serenada” palitra rəngarəngliyi ilə yadda qalır

Rate this item
(0 votes)

 

Gənc rəssamlar daha çox yatadırlar, daha enerjilidirlər. Və onların rəng palitrası daha zəngindir. Bir qrup gənc rəssamın əsərlərindən ibarət “Serenada” adlı sərginin  açılışı belə deməyə əsas verir.

 

“Chagh Art Platform”un təşkilatçılığı ilə ərsəyə gələn sərgidə nümayiş olunan əsərlərin aparıcı mövzusu dünya incəsənətinin əsas mövzularından olan insan sevgisi və məhəbbətidir.

Sərgidə nümayiş olunan rəsmlər də bu mürəkkəb insan hisslərini göstərir. “Serenada”da bir araya gətirilən əsərlərin hər biri izləyiciləri rəngkar və heykəltəraşların fərqli hisslərinin, sevgi ilə bağlı düşüncələrinin əks olunduğu sənət incilərini seyrə dəvət edir.

Açılışda çıxış edən sənətşünas Qalib Qasımov “Chagh Art Platform”un fəaliyyətindən, sərginin əhəmiyyətindən danışıb, rəssamların romantik və lirik üslubda yaratdıqları əsərlərin bədii estetikasından bəhs edib. O, həmçinin sərginin kuratorları – gənc sənətşünaslar Nigar Hətəmova, Şəbnəm Əzizova və Dürdanə Qurbanovanın fəaliyyətlərinə toxunaraq, ölkəmizdə kuratorluq işinin inkişafında gənclərin rolunu xüsusi qeyd edib.

Sərgi fevralın 16-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)