Türkiyə Böyük Mərdəkan qəsrinin bərpasına kömək edəcək

Rate this item
(0 votes)

 

Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov söyləyib ki, “Azərbaycan ilə Türkiyə arasında mədəni irsin qorunması və bərpası sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində vacib addımlar atılmaqdadır”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpa olunması ilə bağlı işlər görülür. 

Bəs hal-hazırda vəziyyət hansı həddədir?  Xidmət rəisi deyib ki, artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır.

Ümidvarıq ki, adları çəkilən abidələrin bərpası işi çox yüksək səviyyədə gedəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)