Bu gün Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi-2022” adlı akvarel sərgisi açılacaq

Rate this item
(0 votes)

 

Bu gün “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Su və rəng ahəngi-2022” adlı növbəti akvarel sərgisi açılacaq. 

 

Xətai Sənət Mərkəzində açılacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq. 

Qeyd edək ki, sərgiyə 250-dən çox işlə 100-dən çox rəssam müraciət edib ki, bunlardan da 76 rəssamın 100 əsəri seçilib.

 

“Ədəbiyyat və incəsənət” (03.12.2022)