“XAZART” incəsənət simpoziumu keçirilib

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə 2022-ci il 07-15 oktyabr tarixlərində “XAZART” incəsənət simpoziumu keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpoziumda rəssam və incəsənətin müxtəlif sahələrinə aid sənətkarlar iştirak edir.

“XAZART” incəsənət simpoziumunun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Simpoziumda hər rəssam öz dünyasını, öz görüşünü gətirərək auditoriyanı, tamaşaçıları öz yaradıcılığı ilə tanış edir və rəngkarlığın müxtəlif istiqamətlərinin təqdim edir, abstrakt və klassik əsərləri nümayiş olunur.  

Simpoziumun təşkilatçısı “Leyla Khazary ArtGallery” rəssamların yaradıcılığını təbliğ etmək, fərdi sərgilər təşkil etmək, incəsənət haqqında sənədli filmlər nümayiş etdirmək,  təsviri sənət ustalarının çıxışlarını, tematik sərgiləri təşkil etməklə Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir.  Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn-şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir.

Simpoziuma Azərbaycanın hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlar, eləcə də ustad rəssamlar Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Təranə Seid, Zöhrab Salam-zadənin dəvət edilib.

 “XAZART” incəsənət  simpoziumu bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin artırılması, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.