Tarixi abidələrə baxış nə anlam daşıdı?

Rate this item
(0 votes)

 

Xəbər verdiyiniz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Nardaran Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qoruq  əməkdaşları ilə keçirilən görüşdə qoruğun işinin müasir tələbləri səviyyəsində qurulması, burada yerləşən abidələrin təbliği, təşviqat işləri ilə bağlı  tapşırıq və tövsiyələrini verib. 22 tarix-mədəniyyət abidəsinin yerləşdiyi qoruq ərazisindəki tarixi abidələrin hazırki vəziyyəti ilə maraqlanan xidmət rəisi Nardaran qəsri, Xan bağının köşkü və karvansara ilə bağlı lazimi göstərişlər verib.

Azad Cəfərli həmçinin Xəzər rayonu, Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən üzərində qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçirib. Xidmət rəisi e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə kənar müdaxilələrin qarşısının alınması və qorunması ilə bağlı göstəriş verib.