Azərbaycanlı fotoqraflar Tbilisi Foto Festivalında iştirak edirlər

Rate this item
(0 votes)

 

Dünən Gürcüstanda 13-cü Tbilisi Foto Festivalı açılıb və bu festivalda Azərbaycan fotoqrafları da iştirak edirlər. Bunlar Pərvanə Rəhimova və Gülər Abbasovadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgilərlə yanaşı, proqrama bir sıra ictimai mühazirələr, nümayişlər və müzakirələr, həmçinin fotokitabların təqdimatları daxil edilib. Festival çərçivəsində panel diskussiyalar təşkil olunur. Müzakirələr zamanı fotoqraflar və ekspertlər Cənubi Qafqazın keçdiyi inkişaf yolu, müharibə, iqtisadi inkişaf və digər məsələlər barədə fikirlərini bölüşürlər.

Festival dekabrın sonunadək davam edəcək.

Festivalda Gürcüstanla və Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Hindistan, ermənistan, İran, Banqladeş, Tailand və digər ölkələrin fotoqrafları iştirak edirlər.