“Şuşa mədəniyyətinin inciləri”: “Açma-yumma” xalçası

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Açma-yumma” xalçasına həsr olunub.

 

“Açma-yumma” xalçaları qədim zamanlardan bəri Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində, XVIII əsrdən bəri isə Şuşa şəhərində və onun yaxınlığındakı Xəlfəli, Şırlan qəsəbələrində, həmçinin Xocavənd rayonunun toxuculuq mərkəzlərində də toxunulub.

Xalçanın ara sahəsini bir-birinin arxasınca ritmik düzülmüş rombşəkilli, dilikli göllər bəzəyir. Göllərin ətrafındakı açılıb-bağlanan diliklərin quruluşuna görə sənətkarlar bu xalçaları “Açma-yumma” adlandırırlar.