Kristofer Van Damm atasının Qəbələdəki heykəli ilə foto çəkdirib

Rate this item
(0 votes)

 

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm Azərbaycana gəlib.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran aktyor Bakı ilə yanaşı Qəbələyə də güzar edib. Kristofer atasının buradakı məşhur heykəli ilə də foto çəkdirib.

Suada həmin şəkli sosial media hesabında paylaşaraq "Salam ata" sözlərini yazıb və aktyorun hesabını işarələyib.