“Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “ Atlı-itli” xalçasına həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Atlı-itli” xalçasının kompozisiyası qədim tarixə malik “Ovçuluq” xalçaları ilə bağlıdır. XX əsrin əvvəlində “ovçuluq” bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birinə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.

Təqdim olunan xalçada sürməyi yerlik üzərində stilizə olunmuş qırmızı rəngli at və boz rəngli it təsvirləri ara sahənin əsas elementləri kimi şaquli şəkildə ritmik olaraq təsvir olunub. Xalçanın ara sahəsində at və it təsvirləri ilə yanaşı, quş təsvirlərinin verilməsi ov atributlarına işarədir. Bəzi doldurucu elementlərin isə haşiyə qurşağının naxışları ilə semantik əlaqə yaratması Qarabağ xalçaçılığına xarakterikdir.