Time təqdim edir: Mühacir qadının əzabları

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun: Doroteya Lanj: “Mühacir Ana". 1936-cı il.
Reportyor işləmiş Doroteya Lanj bu məşhur fotonu 1936-cı ildə, Böyük Depressiya illərində Amerikada - San-Fransisko şəhərində çəkmişdir. Sonradan o, bu foto barədə 1960-cı ildə danışmışdır: "Mən hər cür ümidini itirən ana gördüm, məni o maqnit kimi çəkdi, mən hər dəfə ona yaxınlaşanda, cəmi  beş dəfə şəklini çəkdim, amma heç onun adını da soruşmadım. O, 32 yaşında olduğunu və uşaqlarıyla  atılmış donmuş tərəvəzlərlə, habelə sapandla vurduqları quşlarla qidalandıqlarını söylədi. Həmin gün o, ənənəvi yollarla qida əldə edə bilmədiyi səbəbindən bir az yemək almaq üçün avtomobil şinlərini satmışdı".
 10 mart 1936-cı ildə “San Francisko xəbərləri”ndə bir məqalə getdi və bu foto dərc edildi. Məqalədə qeyd edilirdi ki, mühacirlər ac və ümidsiz halda yaşayaraq San-Fransisko ətrafında məhsul yığımında iştirak edirlər.
Bu naməlum qadının şəkli dərhal bütün ölkədə, tezliklə isə bütün dünyada yayıldı. Və orijinal fotoşəkil 2005-ci ildə auksionda çəkicdən $296 min dollara satıldı.

Şəkil: 100photos.time.com