Time-ın elan etdiyi bütün zamanların ən yaxşı fotolarını təqdim edirik. Featured

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən ilk foto ilə tanış olun:
“Göydələndə nahar”
On bir kişi nahar edir, söhbət edir və siqaret çəkir. Hər şey adi olardı, əgər onlar bunu yerdə etsəydilər. Lakin onlar Manhattan üzərində 69-cu mərtəbə səviyyəsində polad balka üzərində oturaraq bunu edirlər. Naməlum fotoqrafın çəkdiyi və şərti olaraq "Göydəlındə nahar"
adlanan fotoda  məhz bu səhnə əks etdirilib. Foto 29 sentyabr 1932-ci ildə heç bir quruluş olmadan, real işçilərlə hazırlanmışdır və bir neçə gün sonra Nyu-York Herald Tribune-da yayımlanmışdır.
Fotoqrafiya Böyük Depressiya zamanı çəkilmişdir. Ümidsizliyə düçar olan insanlar istənilən işə hazır olduqlarından heç bir sığorta olmadan bu nəhəng hündürlüyə qalxıblar ki, tikinti işləri ilə məşğul olsunlar.
Bu Amerikanın yaxın tarixinin bir reallığıdır.

Şəkil: 100photos.time.com