“İlin press fotosu” adını Əziz Kərimovun “Helikopter qəzası” fotosu qazanıb

Rate this item
(0 votes)

 

World press photo - dünyanın ən yaxşı mətbuat fotolarını müəyyənləşdirən müsabiqədir. Gilavar Foto Klubunun təşkilatçılığı ilə ötən ildən başlayaraq Azərbaycanda da  “İlin press fotosu” adlı yeni layihə fəaliyyətdədir. Layihə çərçivəsində hər il “Azərbaycan press foto” adlı fotomüsabiqə keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu il fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin press fotosu” seçilib.

İkinci dəfə keçirilən müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci, ikinci, üçüncü yer olmaqla seçilib. 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək, eləcə də dəyərləndirməkdir.

Siz qapaq fotosunda qalib fotonu, iç fotolarda isə digər mövqelərdə qərarlaşan fotoları görürsünüz.