Atatürkün portretini çəkmiş İbrahim Safiyə həsr olunan kitab təqdim olunub

Rate this item
(0 votes)

 

“Azərkitab" kitab mərkəzinin Quba filialında rəssam İbrahim  Safinin həyat və yaradıcılığını işıqlandıran "Rəngləri danışdıran adam" kitabının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın müəllifi: Filologiya üzrə fəlsəfə doktoru, "Milli Mədəniyyətin Təbliği İctimai Birliyi"nin (MMT İB) rəhbəri Jalə Cəfərova həyatının böyük hissəsini İbrahim Safi yaradıcılığına həsr edərək 3 dildə belə bir əsər ərsəyə gətirmişdir. 

Tədbiri açılış sözü ilə Quba Rayon Mərkəzləşdirilmiş Kitabxanasının müdiri Saməddin Nəsirov başlayıb, çıxışanda tədbir iştirakçılarını və  oxucuları salamlayıb, müəllifə öz təşəkkürünü bildirərək İbrahim Safinin yaradıcılığından danışıb. Daha sonra müəllif Jalə Cəfərova çıxışında qonaqlara və dəstəyinə görə iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadəyə təşəkkürünü bildirib, sözü gedən kitabın məzmunu və İbrahim Safi haqqına elmi araşdırmalarından danışıb. 

İbrahim Safi haqqında müəllifin qısametrajlı filmi də nümayiş olunub. 

Filmdən sonra tədbir iştirakçıları və müəllif arasında İbrahim Safi haqqında dialoqlar olub. 

Tədbirdə oxucularla yanaşı, qonaqlar qismində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının professor-müəllim heyəti, Quba "Tarix-Diyarşünaslıq" Muzeyinin müdiri Məryəm Hacıyeva və kollektivi, Quba Rayon "Mərkəzləşdirilmiş Kitabxanasının" kollektivi iştirak edib.