ABŞ-da Albert Aqarunova həsr olunmuş foto müsabiqəsi elan edilib

Rate this item
(0 votes)

 

ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan diasporu Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda foto müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaşarası uşaqlar və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa çatacaq müsabiqənin şərtlərinə əsasən, fotolar plagiatdan uzaq olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanacaq.

Həmin gün keçiriləcək mərasimdə I, II və III yerləri tutan qaliblərə pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək. 

Birinci yerin qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidirlər.

Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilmişdi. Özü də yüksək səviyyədə.