London Milli Qalereyasından Rusiya əleyhinə, Ukrayna xeyrinə jest Featured

Rate this item
(0 votes)

 

 

London Milli Qalereyasının toplantısında maraqlı bir qərar verilib.  Fransız impressionisti Edqar Deqanın (1834-1917) "Rus rəqqasələri" adlanan məşhur rəsm əsərini Ukraynaya Rusiya Federasiyasının silahlı müdaxiləsi ilə əlaqədar olaraq "Ukraynalı rəqqasələr" adlandırıblar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən məlumat verir.

 

"Bu əsərin adı uzun illər diskussiya mövzusu olub, məsələ elmi ədəbiyyatda da qaldırılıb. Slavyan rəqqasələrinin rus, belarus, yaxud ukraynalı adlandırılması qərarı rusların dominant mövqeyi nəticəsində öz həllini tapıb. Amma indi başqa zamanlar gəlib. Buna görə də qərara gəldik ki, “rus” adını dəyişdirməyə münasib an yetişib, bizcə, yeni ad əsərin mahiyyətini daha yaxşı əks etdirəcək", - deyə The Quardian nəşrinə Milli Qalereyanın əməkdaşı bildirib.

Məlumat verilir ki, kətanın adının dəyişdirilməsi təklifi ilə əvvəllər qalereyanın əməkdaşlarından biri və Londonda Ukrayna diasporunun nümayəndələri çıxış etmişdilər.

Pastel texnikasında yerinə yetirilən "Rus rəqqasələri" əsərini Deqa 1899-cu ildə çəkmişdir. Hesab edilir ki, rəssam Rusiya imperiyasından Parisə - qastrola gəlmiş rəqs truppasının müdhiş çıxışından ilham alıbmış. Rəssamın çəkdiyi qızlar parlaq milli kostyumlardadır, onların başlarında lentli çələnglər var.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin, guya, Donbass respublikası rəhbərlərinin yardım haqqında xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi, əslində isə Ukraynanı işğal edib hakim rejimi dəyişmək məqsədi ilə müharibəyə başlaması get-gedə Rusiyanın beynəlxalq miqyasda iflic vəziyyətinə salmaqdadır. Həm siyasi-iqtisadi, həm mədəni, həm idman, həm də digər sahələrdə.

Bu gün “Rus rəqqasələri”nin adı dönüb “Ukraynalı rəqqasələr” oldu. Kim bilir, sabah “rus” sözü daha haralardan çıxarılacaq.