Mismarlarla yaranan incəsənət şedevrləri təqdim olunacaq

Rate this item
(2 votes)

Martın 3-də Xətai Sənət Mərkəzində maraqlı bir sərgi açılacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Mismarlar incəsənətin keşiyində” adlanan fərdi sərgidə Aytən Əliyevanın mismarların və onlara dolanmış iplərin ahəngindən yaratdığı gözəlliklər nümayiş olunacaq. 

Biz rəsm və heykəltaraşlıq əsərlərindən, dekorativ tətbiqi sənət nümunələrindən həmişə vəcdə gəlirik, kətanla yanaşı taxta, dəmir, şüşə səthlərdə yaranan sənət şedevrlərinə alüdə oluruq. Mismar isə qeyri-ənənəvi vasitədir, odur ki, onunla yaranan, məsələn, şəkildə gördüyünüz mükəmməl ağac fiqurları hədsiz maraq doğurur, zövq oxşayır.

Sərginin təşkilatçıları Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Regional Hüquq və İqtisadi Maarifləndirmə və “Nəfəs” İctimai Birlikləridir.

Bütün mədəniyyətsevərlər sərgiyə dəvət olunurlar.

Sərginin açılışı saat 18-də olacaq.

Xətai Sənət Mərkəzi Xocalı prospekti, 62 ünvanında yerləşir.

Əlaqə üçün telefon: 994 51 391 79 79.