Bu gün Moskvada Azərbaycan xalçaçılığı mövzusunda mühazirə təqdim olunacaq

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir ki, Moskvada, Dövlət Ermitaj Muzeyində bu gün - fevralın 19-da “Xalçanın sərildiyi məkan mənim evimdir”: Azərbaycan xalçaçılığı” adlı mühazirə təqdim olunacaq. 

Mühazirə muzeyin əsas binasında Moskva vaxtı ilə saat 14:00-da baş tutacaq.

Ermitajın əməkdaşı, sənətşünas Polina Lyubimova Azərbaycan xalça sənətinə həsr edilmiş mühazirəsini təqdim edəcək.