“Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi davam edir

Rate this item
(0 votes)

 

Azərbaycan Prezidenti tərəfindən Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı ötən il imzalanan Sərəncamın icrası məqsədilə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirib.

Məlum olduğu kimi, 2021-ci il dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi açılıb.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur. Xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.

Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi aprelin 30-dək davam edəcək.