Sotheby’s hərracında Bottiçellinin çəkdiyi İsa Məsihin portreti 45,4 milyon (!) dollara satılıb Featured

Rate this item
(0 votes)

 

İtaliyada İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin çəkdiyi “Kədər adamı” portreti Nyu-Yorkdakı “Sotheby's” hərracında 45,4 milyon dollara satılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, “Kədər adamı”nda İsa Məsih məlaikələrin əhatəsində təsvir olunub, rəsm əsəri 1500-cü ilə aid edilir. 

45,4 milyon - bu, hərraclarda indiyədək intibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby's” hərrac evindən bildirib ki, Bottiçellinin əsərləri hərracda olduqca nadir tapıntıdır, xüsusilə, onun son işləri bazarda çox nadir hallarda görünür.

Sözügedən “Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb”, - deyə əlavə olunub.

Qeyd edək ki, Sandro Bottiçelli İtaliyanın ən mühüm irəssamlarından biri hesab olunur. Onun ən məşhur əsərləri arasında “Veneranın doğulması”, “Bahar” və “Venera və Mars”ın adları çəkilir.

Hərrac 7 dəqiqə davam edib.