Pulluların nəzərinə - Roma şəhərindəki məşhur “Avrora” villası hərraca çıxarılıb Featured

Rate this item
(0 votes)

 

Diqqət! Pulunu xarici daşınmaz əmlaka yatırdan milyardçılar üçün gözəl bir xəbər var. Romanın məşhur Avrora villası hərraca çıxarılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, bu, heç də adi villa deyil, onun divarlarını Karavadconun yeganə freskası bəzəyir (şəkildə).

Ötən həftəsonu hərrac ticarətində  villaya 471 milyon avro qiymət qoyulmuşdu, amma alıcı çıxmayıb deyə aprel ayında hərrac təkrarlanacaq. Bu dəfə qiymətin 20 faiz azaldılacağı nəzərdə tutulur. 

Bu sayaq informasiyalardan hansısa bir azərbaycanlının yararlanacağı sizə fantastik görünməsin. Yararlanırlar, özü də, necə lazımdır.